Dollar yeni müharibəyə hazırlaşır

Dollar yeni müharibəyə hazırlaşır
22:46 16 Yanvar 2016
228 Digər
Ölkə mətbuatı
A- A+

Yaxın zamanlarda “qlobal valyuta müharibəsi” başlaya bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi məlumat verib. Agentliyin məlumatına görə, iena və avro daha da möhkəmlənərsə, Avropa və Yaponiya mərkəzi bankları monetar stimullaşdırma siyasətlərini fəallaşdıra bilərlər.

Agentilik qeyd edir ki, son ayda iena dollarla müqayisədə üçüncü dəfə önəmli səviyyədə möhkəmlənib. Avronun məzənnəsi isə valyutaların əksəriyyəti ilə müqayisədə artıb. Xec-fondlar ienanın məzənnəsinin artımına qoyuluşları son üç il üzrə ən yüksək səviyyəyə qaldırıblar. Avro ilə də vəziyyət eynidir.


Yapon valyutası ucuzlaşa bilər

Hazırda vəziyyət onu göstərir ki, ABŞ iqtisadiyyatının artımı ilə dünyanın digər ölkələri arasında fərq azalmağa başlayır. Bu, onu göstərir ki, Amerika iqtisadiyyatı Çindəki iqtisadi zəifləmənin və başqa ölkələrdəki qeyri-bərabər iqtisadi bərpanın təsirlərindən uzaq dura bilmirlər. Bu amillər dollara təsir göstərir, bu da öz valyutalarının zəif məzənnəsinə çalışan Avropa və Yaponiya mərkəzi banklarının planlarını pozur.

"State Street Global Markets" sərmayə şirkətinin makroiqtisadi strategiya bölməsinin başçısı Li Ferricanın fikrincə, əgər iena möhkəmlənərək 1 dollar qarşılığında 115 ienaya qədər yüksələrsə, onda monetar stimullaşdırma siyasəti işə düşər. Hazırda 1 dollar 116,98 ienaya bərabərdir. Li Ferrica avro üçün bu möhkəmlənmə həddinin 1,15 dollar olduğunu bildirir, hazırda avro 1,0916 dollara bərabərdir.

"Valyuta müharibəsi hələ də yaşayır və tüğyan edir. Əgər dollar düşməyə başlayarsa, Avropa və Yaponiya mərkəzi bankları oyuna qayıdacaq",- deyə Ferrica vurğulayır.

Agentlik Yaponiya bankının sədri Xaruxiko Kurodanın sözlərini də dərc edib. O, cümə günü bildirib ki, lazım olarsa, monetar siyasəti dəyişməyə hazırdır. Avropa Mərkəzi Bankı öz siyasəti barədə müzakirələri yanvarın 21-ə planlaşdırır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR