Qadın hörüyünü açmadan qüsl ala bilərmi?

Qadın hörüyünü açmadan qüsl ala bilərmi?
22:47 16 Yanvar 2016
69 Digər
Ölkə mətbuatı
A- A+

Qadın hörüyünü açmadan qüsl ala bilərmi? Nəzərə alaq ki, hörüyünü açıb sonra təzədən hörmək çətinlik törədir.

Milli.Az islam.az-a istinadən bildirir ki, qüsl zamanı ən əsas şərtlərdən biri təpədən dırnağa kimi bütün bədənin islanmasıdır. Baş və bədəndəki bütün tüklər də mütləq islanmalıdır. Əgər insanın bədənində iynə ucu boyda islanmamış yer və ya islanmamış bircə tük qalsa, qüsl batildir. Hörük sıx toxunduğu üçün, onun iç qatlarına su keçmir. Ona görə də qüsldən qabaq hörüyü açmaq və qüsl zamanı saçı bütövlükdə islatmaq lazımdır. Bu işdə çətinliyin olması bəhanə deyil.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR