Selin Dionun qardaşı da xərçəngdən öldü - FOTO

Selin Dionun qardaşı da xərçəngdən öldü - FOTO
23:42 16 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur kanadalı müğənni Selin Dionun qardaşı, 55 yaşlı Daniel Dion bu gün xərçəng xəstəliyindən vəfat edib.
İki gün əvvəl Selin Dionnu əri Rene Anjelil xərçəngdən dünyasını dəyişmişdi.
Milli.Az ABC-yə istinadən bildirir ki, Daniel Dion Kanadanın Monreal şəhərindəki hospisdə keçinib. Ölüm anında onun yanında ailə üzvləri, ol cümlədən anası, 89 yaşlı Tereza Dion vardı.
Journal de Montreal bildirir ki, iki qız atası Daniel Dionda qırtlaq, dil və beyin xzərçəngi vardı.
Daniel Dion ailədəki 14 övladdan 8-ci idi.
Yanvarın 14-də ABŞ-da Selion Dionun əri və meneceri, 73 yaşlı Rene Anjelil vəfat edib.
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR