Qusarda İcra Hakimiyyəti əhaliyə üz tutdu

Qusarda İcra Hakimiyyəti əhaliyə üz tutdu
23:57 16 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmazda suni qiymət artımına qarşı araşdırmalara başlanıb.
16 dekabr 2016-cı ildə Qusar rayon İcra Hakimiyyətində son (İH) günlər baş vermiş qiymət artımı, bununla bağlı əhali arasında yaranmış narahatlıqla bağlı yığıncaq keçirilmişdir.

Milli.Az anspress-ə istinadən bildirir ki, yığıncağa rayonun sahibkarları, ictimaiyyətin nümayəndələri, ziyalılar dəvət olunmuş, geniş fikir mübadiləsi aparılmışdır. Yığıncaqda Qusar rayon İcra Hakimiyyətinin (İH) başçısı Şair Alxasov çıxış etmiş, milli valyutanın devalvasiyası və bununla əlaqədar baş vermiş süni qiymət artımı haqqında danışmış, ölkə rəhbərliyinin, eləcə də rayon rəhbərliyinin belə neqativ hallara qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlər haqqında məlumat vermişdir.

Rayon rəhbəri süni qiymət artımına qarşı müvafiq tədbirləri görülməsi üçün sərəncamla yaradılmış daimi komissiyanın fəaliyyət göstərdiyini qeyd etmiş və bu istiqamətdə bütün halların RİH -nin diqqət mərkəzində olduğunu bildirmişdir. Yığıncaqda son günlər bir sıra bölgələrdə baş vermiş neqativ hallara qarşı sayıq olmaq, təxribata uymamaq və birgə tədbirlərin davam etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Bu gün Xaçmaz rayon İH hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev də xüsusi sərəncam imzalayıb. Sərəncama görə, rayonda suni qiymət artımına qarşı 10-a yaxın işçi qrup yaradılıb. İşçi qruplar Xaşmaz və Xudat şəhərlərində, Yalama və Nabran qəsəbələrində, həmçinin bütün yaşayış məntəqələrində monitorinqlər aparılacaq. İşçi qruplar qiymətləri qanunsuz artıran sahibkarlara qarşı aidiyəti qanuni tədbirlər görəcəklər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR