Azərbaycanda yol faciəsi - FOTO

Azərbaycanda yol faciəsi - FOTO
23:57 16 Yanvar 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Bərdədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, Qaradağlı kənd sakini 31 yaşlı Samir Nəbiyev idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə yolu keçmək istəyən piyadanı vurub.

Baş nahiyəsindən zərbə alan qadın elə hadisə yerindəcə dünyasını dəyişib. Rayon polis şöbəsinin əməkdaşları avtoqəzanın baş verdiyi ünvana gəlib. Hadisə nəticəsində dünyasını dəyişən Rəsmiyyə Cəfərova Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib.

Hazırda baş vermiş qəza ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR