Millimizin üzvü Noyeri belə məyus etdi (VİDEO)

Millimizin üzvü Noyeri belə məyus etdi (VİDEO)
00:16 17 Yanvar 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” yoxlama oyunu keçirib.

ANS PRESS-in məlumatına görə, həmyerlimizin komandası Almaniya çempionatının lideri “Bavariya” ilə qarşılaşıb.

Oyun “Karlsrue”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 17-ci dəqiqədə Bobacar Barri açıb. 4 dəqiqə sonra "Bavariya"dan Arturo Vidal bərabərliyi təmin edib. 74-cü dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Dmitri Nazarov komandasına "Bavariya" üzərində qələbə qazandırıb.



Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası novbəti yoxlama oyununu yanvarın 30-da ikinci Bundesliqa təmsilçisi "Qroyter"ə qarşı keçirəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR