“CBC Sport”un direktoru dəyişdi

“CBC Sport”un direktoru dəyişdi
00:24 17 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

"CBC Sport" telekanalının baş direktor vəzifəsində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu barədə telekanalın rəsmi feysbuk səhifəsi bəyanat yayıb. 

 

"CBC Sport" telekanalının baş direktoru İlham Rüstəmovla müqavilə müddəti 6 ay olub və həmin dövr artıq başa çatıb. Telekanal İlham Rüstəmova gördüyü işlərə görə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır!

 

Bundan sonra media qurumunun baş direktor vəzifəsini, funksiyaları və xidmətlərini müvəqqəti olaraq Volkan Üst icra edəcək. 20 ildən çox iş təcrübəsinə malik olan bu mütəxəssis Türkiyə, Kanada və bir sıra digər ölkələrdə çalışıb. Türkiyə və İngiltərədə televiziya sahəsində təhsil alan Volkan Üst xeyli məşhur telelayihələrin hazırlanmasında iştirak edib".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/229006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR