Xəstə üstünə gedən təcili yardım maşını yandı (FOTO)

Xəstə üstünə gedən təcili yardım maşını yandı (FOTO)
00:31 17 Yanvar 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində bir xəstənin çağırışına gələn təcili yardım maşını oksigen balonunun partlaması nəticəsində alovlara qərq olub.

Yanaraq küçə boyunca sürətlə irəliləyən maşın qarşısına çıxan avtomobilləri də yandırıb. Yanğın nəticəsində təcili yardım maşını ilə bərabər dayanacaqda dayanan 5 maşında yanaraq kül olub.

ANS PRESS-in məlumatına görə, gecə saat 04:30 radələrində baş verən hadisə nəticəsində xəsarət alan tibbi personal ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.



Hadisə yerinə cəlb edilən polis və yanğın söndürənlərin səyi nəticəsində yarım saat sürən yanğın söndürülüb. Yanan təcili yardımın köməyinə yetişmək istədiyi şəxs isə başqa bir təcili yardım maşınının çağırılması ilə xəstəxanaya aparılıb.

Təcili yardım maşınındakı oksigen balonununsa hansı səbəbdən partladığı hələlik məlum deyil. Yanğın hadisəsi ilə bağlı polis araşdırma aparacaq.


Baş verən yanğından foto

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR