Məşhur futbolçudan qeyri etik hərəkət (VİDEO)

Məşhur futbolçudan qeyri etik hərəkət (VİDEO)
01:11 17 Yanvar 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya "Kral Kuboku"nun "Espanyol"a qarşı oyununda "Barselona"nın müdafiəçisi Dani Alveş tərbiyəsiz hərəkətlə yadda qalıb.

ANS PRESS-in məlumatına görə, braziliyalı futbolçu azərkeşə qarşı qeyri etik hərəkət edib.

Hakim bu epizodu görməsə də Alveşin hərəkəti kameralardan yayınmayıb. Braziliyalı ulduz onu söyən azarkeşlərə arxasını göstərib. Alvesin bu hərəkəti intizam komitəsinə çıxarılsa futbolçu cəzadan qaça bilməyəcək.



Ispaniya Kral Kubokunun 1/8 final mərhələsinin cavab matçında "Espanyol"un qonağı olan "Barselona" ilk matçda olduğu kimi, rəqibinə yenə qalib gələrək (2:0) 1/4 finala adlayıb.


"Kral Kuboku"nun təqvimi

Artıq İspaniya "Kral Kuboku"nun 1/4 final mərhələsində qarşılaşacaq cütlüklərdə müəyyənləşib. Turnirin favoriti "Barselona" "Atletik"ə rəqib olub.Digər favorit - "Atletiko" isə yarımfinala vəsiqə uğrunda "Selta"nı sınağa çəkəcək. 1/4 finalın ilk oyunları yanvarın 20-da, cavab qarşılaşmaları 27-də keçiriləcək. Yanvarın 29-də keçiriləcək püşkatma yarımfinal mərhələsinin cütlərini müəyyənləşdirəcək.

1/4 final:

"Valensiya" – "Las-Palmas"

"Atletik" – "Barselona"

"Sevilya" – "Mirandes"

"Selta" – "Atletiko

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR