"Elektron hökumət" portalı vasitəsilə 710981 dəfə istifadə qeydə alınıb

"Elektron hökumət" portalı vasitəsilə 710981 dəfə istifadə qeydə alınıb
01:33 17 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AZƏRTAC
Ötən ilin dekabr ayında "Elektron hökumət" portalı vasitəsilə 710 min 981 dəfə e-xidmətlərdən istifadə qeydə alınıb. Ay ərzində elektron xidmətlərdən ən çox istifadə edilən qurumlar bəlli olub.
Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətlərindən istifadə sayı 276 min 588-ə çatıb. Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi xidmətlərdən 238 min 393 dəfə istifadə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən 168 min 584 dəfə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətlərindən isə 7020 dəfə istifadə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotElektron_hokumet_quot_portali_vasitesile_710981_defe_istifade_qeyde_alinib-919207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR