Obama İran üzərindən sanksiyaları götürüb

Obama İran üzərindən sanksiyaları götürüb
02:02 17 Yanvar 2016
16 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq olunan sanksiyaların ləğvinə dair sərəncam imzalayıb.
"Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, qərarı şərh edən Birləşmiş Ştatların dövlət katibi Con Kerri xatırladıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramını məhdudlaşdırmasına dair son hesabatında rəsmi Tehranın öz öhdəliklərini yerinə yetirdiyi bildirilir.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də sanksiyaların ləğvi xəbərini təsdiqləyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR