Xaçmazda 4 otaqlı, Biləsuvarda 3 otaqlı evdə yanğın olub

Xaçmazda 4 otaqlı, Biləsuvarda 3 otaqlı evdə yanğın olub
02:49 17 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmazda və Biləsuvarda yanğın hadisələri qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunda yanğın Sibiroba kəndində vətəndaşa məxsus ümumi sahəsi 143 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin bir otağının döşəməsi  3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Bundan başqa, Xaçmaz rayonu Müqtədir qəsəbəsində yardımçı kənd təsərrüfatı müəssisəsinə məxsus, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 800 kv.m olan fermanın tavanı 112 kv.m sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

 

Biləsuvar rayonu, Yuxarı Ağalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/229011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR