IAEA-nın baş direktoru bu gün İran prezidenti ilə görüşəcək

IAEA-nın baş direktoru bu gün İran prezidenti ilə görüşəcək
03:17 17 Yanvar 2016
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) baş direktoru Yukiya Amano İran prezidenti Həsən Ruhani ilə görüşəcək.
"Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, görüş bu gün Tehranda baş tutacaq.
Tərəflər İranın nüvə proqramına dair öhdəliklərə nəzarət mexanizmini müzakirə edəcəklər.
Xatırladaq ki, Y.Amano ötən gün bəyan edib ki, İran 2015-ci ilin iyul ayında əldə edilmiş nüvə razılaşmasına dair bütün tələbləri yerinə yetirib. O deyib: “Bu gün mən Birgə Kompleks Fəaliyyət Planının icrasına başlamaq üçün İranın tələb olunan lazımi hazırlıq mərhələlərini artıq başa çatdırdığını təsdiqləyən hesabatı ictimaiyyətə açıqladım”. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/iaea-nin-bas-direktoru-bu-gun-i-ran-prezidenti-ile-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR