“Azerros"da böyük şok

“Azerros"da böyük şok
18:51 30 Dekabr 2014
73 Dünya
Ölkə mətbuatı
A- A+

“Azerros” prezidenti Asif Məhərrəmov vəzifəsindən istefa verib.

ANS PRESS xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə "Azerros" Federal Milli Mədəni Muxtariyyətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, dekabrın 26-da "Azerros" Federal Şurasının sədri Mehriban Sadıqovanın adına qurumun prezidenti Asif Məhərrəmov adından ərizə daxil olub.

O, ərizəsində sağlamlığı ilə əlaqədar prezident vəzifəsindən istefa verdiyini yazıb. A. Məhərrəmovun istefası qəbul olunub. Bununla əlaqədar 2015-ci il yanvarın 15-dən gec olmayaraq "Azerros" Federal Milli Mədəni Muxtariyyətinin Federal Şurasının iclasının keçirilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR