Xalq artisti: "Makiyajsız görünməkdən yoruldum"

Xalq artisti: "Makiyajsız görünməkdən yoruldum"
18:52 30 Dekabr 2014
235 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Brilliant Dadaşova Yeni ili oğlu Cahadla birlikdə İstanbulda qarşılayacaq
Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən müğənni övladının Türkiyədə təhsil aldığını və tətilə buraxılmadığı üçün Bakıya gələ bilməyəcəyini deyib:
 
"Bayramı İstanbulda qeyd edəcəm. Orada həmrəylik günü münasibətilə gecə keçiriləcək. Mən də dəvət edilmişəm. Bu gün həmin tədbirdə olacam. Sonra isə oğlumun yanında qalacam. Cahad dərslərinə görə Bakıya gələ bilmir. Onlara cəmi üç gün istirahətdir. Onu Bakıya gətirə bilmədiyim üçün özüm yanında qalacam. Oğlum tələbədir, məsuliyyət daşıyır. Onların tətili yanvardan sonra başlayır”.

Son vaxtlar imicində dəyişiklik edib, makiyajdan istifadəyə başlayan B.Dadaşova bunları deyib:
“Üç ildir makiyajdan istifadə etmirdim. Ancaq saçımı düzəltdirirdim, vəssalam. Bircə dodaq boyası vururdum. Buna səbəb də tıxaclar idi. Vaxtımın çoxu tıxacda gedirdi. Makiyajsız görünməkdən yoruldum, dəyişiklik etmək istədim. İndi yenidən makiyaja başlamışam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/316796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR