Azərbaycanlılar Gürcüstanda aksiya keçirdi: "Torpaqları azad edin!”(VİDEO)

Azərbaycanlılar Gürcüstanda aksiya keçirdi: "Torpaqları azad edin!”(VİDEO)
19:06 30 Dekabr 2014
104 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbilə aksiya keçirilib.

ANS TV-nin Gürcüstan bürosunun verdiyi məlumata görə, aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları, Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini və müxtəlif plakatlar tutaraq səfirliyin qarşısında “Azərbaycan torpaqlarını azad edin!”, “girovları azad edin!”, “bizim torpaqları azad edin!” şüarlarını səsləndiriblər.

Onlar Dağlıq Qarabağda keçirilən “məhkəmə” prosesinin qeyri-qanuni olduğunu və hələ də Ermənistanda azərbaycanlı əsir və girovların saxlanıldığını bəyan ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR