Jurnalistlər üçün tikilən binanın inşasının davam etdirilməsi üçün 3 milyon manat ayrılıb

19:22 30 Dekabr 2014
64 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 19:16 ]

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon manat ayrılıb.



Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR