Misir ehramları haqda qorxunc proqnoz

Misir ehramları haqda qorxunc proqnoz
19:22 30 Dekabr 2014
184 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın yeddi möcüzəsindən biri sayılan və hələ də bir çox sirləri özündə saxlayan Misir piramidaları üçün daha bir iddia irəli sürülüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, NASA get-gedə Günəş sistemini örtən foton buludu haqqında informasiyaları gizli saxlasa da bəzi elm adamları artıq bunu dünya ictimaiyyətinə sızdırıb.

Məsələ ondan ibarətdir ki, zərərverici foton buludu Günəş və planetlərə ayrı-ayrılıqda təsir edir. Yerə edəcəyi təsir isə planetimizin öz enerji qüvvəsinə əsasən hesablanır. Bu zaman dünyanın bir neçə yerində, xüsusən də Misirdə olan piramidalardan foton buluduna tərəf enerji seli qalxacaq. Ta qədimdə də baş verən bu enerji qalxımı nəticəsində dəhşətli və qorxulu səslər eşidilir, lakin heç bir dağıntı hallarına rast gəlinmir.

Alimlər bu prosesi obrazlı şəkildə sanki “dünyanın ağlaması” kimi qəbul edirlər. 

Qeyd edək ki, Mayya piramidalarının birində uzun illər bundan əvvəl düz xətt  boyunca işıq spektrləri səmaya doğru qalxıb. Onların son nöqtəsi isə foton buludunun mərkəzi hesab olunur. İnsanları xeyli təəccübləndirən bu hadisə isə hələ ki, sonuncu “enerji uçuşu” hesab olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/316819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR