Beynelxalq hekim qrupu Leyla Yunusovani muayine etdi

Beynelxalq hekim qrupu Leyla Yunusovani muayine etdi
19:27 30 Dekabr 2014
265 Digər
Ölkə mətbuatı
A- A+

Azerbaycan Respublikasi Edliyye Nazirliyinin Penitensiar Xidmetinden AzerTAc-a bildiribler ki, son zamanlar kutlevi informasiya vasitelerinde Baki Istintaq Tecridxanasinda saxlanilan teqsirlendirilen sexs Leyla Yunusovanin sehheti ile bagli heqiqeti eks etdirmeyen melumatlar yayilib. Bezi Avropa qurumlari bununla bagli oz narahatliqlarini ifade edibler.

Edliyye Nazirliyinin Penitensiar Xidmeti defelerle Leyla Yunusovanin tibbi muayinesini heyata kecirmek isteyib, amma o, muxtelif behanelerle bu tibbi muayinelerden imtina edib.

Azerbaycan hokumeti humanizm prinsiplerini rehber tutaraq ve teqsirlendirilen sexs Leyla Yunusovanin sehheti barede yayilan sayielere son qoymaq meqsedile Almaniyanin taninmis Charite xestexanasinin sobe mudiri, professor Dr. Kristian Vittin Leyla Yunusovani muayine etmesine raziliq verib ve bunun ucun butun serait yaradilib.

2014-cu il dekabrin 29-da Respublika Diaqnostika Merkezinde Kristian Vitt ve Azerbaycanin muxtelif saheler uzre yuksek ixtisasli hekimleri - professorlar Murad Memmedov, Geray Geraybeyli, Rauf Agayev ve tibb elmleri doktoru Rovsen Hesenovun istiraki ile teqsirlendirilen sexs Leyla Yunusovanin tam muayinesi – qanin laborator analizi, qarin boslugu, kicik canaq orqanlarinin ve qalxanvari vezinin muayinesi, yuxu arteriyalarinin, vertebral arteriyalarin ve asagi etraf arteriyalarinin doppler ultrases muayinesi, dos qefesi orqanlarinin, bas beynin ve tam qarin boslugunun kompyuter tomoqrafiyasi, EKQ, EXO-kg, ureyin exoqrafiyasi heyata kecirilib, oftolmoloqun, nevropatoloqun ve onkoloqun konsultasiyasi aparilib. Muayinenin neticesi olaraq, beynelxalq hekim qrupu terefinden protokol tertib edilib, neticeler senedlesdirilib ve muayine prosesinin videocekilisi aparilib. Kristian Vitt protokolu imzalayaraq butun tibbi muayinelerin onun istiraki ile yeni diaqnostik usullarin tetbiqi ile ve beynelxalq seviyyede qebul olunmus diaqnostik ve etik standartlara uygun aparildigini tesdiq edib.

Aparilmis muayinenin neticeleri teqsirlendirilen sexs Leyla Yunusovanin heyati ve saglamligi ucun tehlukenin olmadigini gosterib, onun sehhetinin agir olmasi barede yayilmis melumatlarin sayie xarakteri dasidigini bir daha tesdiq edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR