Putin Avropanı belə vurdu

Putin Avropanı belə vurdu
19:31 30 Dekabr 2014
106 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalar səbəbindən böhran yaşayan Rusiya təslim olmaq fikrində deyil.

ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin cavab zərbəsi kimi Qərb ölkələrinə tətbiq etdiyi sanksiyalara yeni əlavələr edib. Belə ki, başda Polşa olmaqla Qərbin sanksiyalarını dəstəkləyən bir çox ölkədən Rusiyaya meyvə idxalı qadağan olunub.

Qeyd edək ki, Polşa Rusiyanın Ukraynada atdığı addımları ciddi şəkildə tənqid etmişdi. Ötən il Polşadan Rusiyaya 380 milyon dollardan çox meyvə idxalı həyata keçirilib ki, sanksiyalardan sonra Polşa vəziyyətdən maksimum istifadə etməyə çalışırdı. Lakin Putinin yeni sanksiyası Polşa iqtisadiyyatına ağır təsirləri olacağı gözlənilir.

Rusiyanın bu qadağasından isə Putinin dostu neft ticarətindən milyonlar qazanan Gennadi Timçenko Rusiyanın ən böyük alma bağlarının alınması üçün hərəkətə keçib.

Putinin dostuna məxsus investisiya şirkəti "Volga Group" Krasnodarda meyvə bağları olan "Alma Holdinq"in səhmlərinin 40 faizinə sahib olub.

Alma Rusiyada ən çox istehlak olunan bir nömrəli meyvə hesab olunur. Rusiya dünyanın ən böyük alma idxalçısı sayılır. Bu ölkənin almaya olan tələbatının 50 faizindən çoxu idxal hesabına formalaşır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=317213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR