"Ermənistanda yalnız faşistlər deyil, terrorçular da qəhrəman kimi anılır"

"Ermənistanda yalnız faşistlər deyil, terrorçular da qəhrəman kimi anılır"
19:32 30 Dekabr 2014
63 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Cümhuriyyət" qəzetində Türkiyə tarixi üzrə tanınmış ekspert Maksim Qauinin Türkiyə-Ermənistan münasibətlərinin bərpasının çətin olmasının səbəblərindən bəhs edən məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, müəllif yazısında Türkiyə-Ermənistan münasibətlərinin bərpası üçün nə qədər addım atılsa da, bunun hələ də mümkün olmadığını qeyd edərək məsələnin mahiyyətini əks etdirən məqamlara toxunub.

Müəllif tərəflər arasında əlaqələrin hələ də bərpa olmamasının başlıca səbəbini Ermənistan rəhbərliyinin, eyni zamanda, erməni diasporunun təzyiq psixologiyasına sahib olması ilə izah edir. Həmçinin, o, Ermənistanın İran və Rusiya ilə əlaqələrinə də diqqət çəkib.

M.Qauin yazır: "Ermənistanın hakim partiyası heç bir zaman öz ideologiyasını gizlətməyib. Hakim partiyanın ideologiyası Qaregin Njdenin (1886-1955) yazılarına və fəaliyyətinə əsaslanır. 1918-1920-ci illərdə hazırkı Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə aparan Qaregin qeyd edir ki, Almaniya və İtaliyanın ayaqda qalmasının ən başlıca səbəbi irqçilik ideologiyasına sahib ünsürlərin olmasıdır".

Bütün bunlarla yanaşı, müəllif Q.Njdenin Adolf Hitlerə xüsusi simpatiyası olduğunu və yəhudilərə nifrət bəslədiyini faktlarla sübüt edir.

Müəllif qeyd edir ki, Q.Njde İkinci Dünya müharibəsində nasist uniformasını geyinmək üçün Almaniyaya gedib və A.Hitlerin şərq bölgəsi üzrə naziri Alfred Rozenberqin təsdiqi ilə 1942-ci ilin dekabrında təsis edilən Erməni Milli Şurasının üzvü olub.

Daha sonra yazıda Sovet İttifaqı dövründə Q.Njdenin həbs olunduğu bildirilir: “Hazırda Ermənistanda yalnız faşistlər deyil, terrorçular da qəhrəman kimi anılır. Terrorçu Varucan Qarbicyan 2001-ci ildə deportasiya edilərək Ermənistana göndərilərkən Ermənistanın baş naziri şəxsən özü onu İrəvan hava limanında qarşıladı. Bundan əvvəl isə 1970-1980-ci illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan və terrorçu liderlərdən hesab edilən Monte Melkonyana ölümündən sonra "Ermənistanın qəhrəmanı" adı verilmişdi".

Müəllif onu da qeyd edir ki, terrorçuları qəhrəman hesab etmək düşüncəsi hazırda erməni diasporunda da var: "Ermənilər bu düşüncəyə sahib olduqları müddətdə türk-erməni dialoqunun aparılması təşəbbüsü vaxt itkisindən başqa bir şey olmayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/316822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR