Türk sənətçisi Bakıdakı işlərindən danışdı

Türk sənətçisi Bakıdakı işlərindən danışdı
19:36 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Qısa müddətdə Azərbaycanda tanınan və sevilən Türkiyənin tanınmış vokalçısı və opera müğənnisi Oya Ergün ölkəmizdə gördüyü işlər barədə açıqlama verib.

İfaçı ANS PRESS-ə açıqlamasında bildirib ki, o, 2014-ci ildə Azərbaycanda ən böyük arzularından birini yerinə yetirib:

“Mən artiq 3 il olar ki, Bakıdayam. 2014-ci il il bitmək üzrədir. Mən sənətimlə bağlı bu ildə, Azərbaycanda bir çox layhələr həyat keçirdim. Ən önəmlisi mənim üçün böyük arzularımdan biri olan, Azərbaycanın dünya şöhrətli sənətkarı Rəşid Behbudovun repertuarındakı mahnılardan ibarət albomumun işıq üzü görməsi oldu. Bir çox konsertlərim oldu. Çox uğurlu bir il keçirdim. Bu uğurlu işimdən biri də, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə, Bakıda keçirilən “Bakıda Türkiyə Caz festivalı” oldu. Bu işlə təcrübəmi tətbiq etdim. Türk xalq mahnıları ilə cazı birləşdirdik, xalq motivlərini tamamilə caza uyğunlaşdırdıq”.

Oya Ergün 2014-də onu üçün yadda qalan konsrtlərindən birindən də söz açıb: "Bu il mənim bir çox konsertlərim oldu. Amma ən yadda qalan dostum, Amsterdam Universitetində birgə təhsil aldığım Azərbaycanın dünyaca məşhur musiqiçisi Cəmilə Cavadova ilə verdiyim konsert oldu”.

İfaçı yeni ildə görəcəyi işlərdən də danışıb: “Cəmilə Cavadova ilə yenidən Amerika konserti vermək planımız var. Bildiyiniz kimi, 2015-də ölməz sənətkar Rəşid Behbudovun 100 illiyidir və mən onun repertuarındakı mahnılardan ibarət konsert proqramı ilə çıxış edəcəyəm. Bunun ardınca həmin konsert proqramını Hollandiyada təqdim etmək fikrim var. Sənətkar Rəşid Behbudovun repertuarındakı mahnılardan ibarət albomumu bütün Avropada tanıtmaq fikirim var. Bu barədə artıq danışıqlar başlanılıb. 2015-də konsert layihələrimin ardınca yeni CD-nin hazırlıqlarına başlayacağam. Bir sözlə yeni ildə sənət adına görəcəyim işlər çoxdur. Sonda mən ikinci vətənim, Azərbaycan xalqı sizi, 31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik Günü və yeni il münasibəti ilə ürəkdən təbrik edir, bütün Türk Dünyasına əminamanlıq və xoşbəxtlik arzulayıram”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR