Azərbaycanda dəhşət: 25 yaşlı gəncin boğazını kəsib, yandırdılar - YENİLƏNİB - TƏFƏRRÜAT

Azərbaycanda dəhşət: 25 yaşlı gəncin boğazını kəsib, yandırdılar - YENİLƏNİB - TƏFƏRRÜAT
19:37 30 Dekabr 2014
258 Digər
Ölkə mətbuatı
A- A+

19:34

Bu gün səhər saat 09 radələrində Zərdab rayonu Hüseynxanlı kəndi ərazisində tapılan başı kəsik meyitlə bağlı bəzi təfərrüatlar bəlli olub.

Bu barədə anspress-ə rayon hüquq-mühafizə orqanlarında məlumat verilib. Çöllük sahədə meyidi tapılan şəxsin boğazı kəsilib, bədənin bir neçə yerinə kəsici bıçaq zərbələri endirilib. Meyitin aşağı ətrafı isə yandırılıb və tanınmaz hala düşüb.

Onu Zərdab şəhər məscidinə aparıblar. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl itkin düşən, rayonun Dəli Quşçu kənd sakini, 1989-cu il təvəllüdlü Rəşad İnşallah oğlu Zeynalovdur. Onun valideynləri gələrək meyidin şəxsiyyətini təsdiqləyiblər.

Qətlin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir. İlkin versiyalardan biri də hadisənin qısqanclıq zəminində, qıza görə törədilməsidir. Cinayətdə şübhəli bilinən şəxslər də var və onların ətrafında istintaq tədbirləri görülür. İstintaq sirri olduğu üçün şübhəli şəxslərin kimliyi barədə məlumat verilmir.

Rayon Prokurorluğundan anspress-ə bildirildi ki, hadisə barədə cinayət işi başlanıb, araşdırmalar aparılır.


----------
13:44

Zərdab sakini başı kəsilmiş vəziyyətdə tapılıb.

Rayon Polis şöbəsindən APA-ya verilən məlumata görə, Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda bu gün səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.
 
Məlumata görə, R. Zeynalov dünən axşam saatlarında yoxa çıxıb.
 
Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi və motivi hələlik bəlli deyil.
 
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Qeyd edək ki, R. Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/316694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR