Türkiyə mətbuatının "Xəzər Lənkəran" yalanı

Türkiyə mətbuatının "Xəzər Lənkəran" yalanı
19:41 30 Dekabr 2014
211 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə mətbuatı "Xəzər Lənkəran"la bağlı yeni хəbər yayıb.

ANS PRESS-in məlumatına görə, "Fotospor" Lənkəran klubunda istefa verən baş məşqçi Oğuz Çətini Cennaro Qattuzonun əvəzləyəcəyini yazıb.

Həmkarlarımız qeyd edib ki, son olaraq Yunanıstanın OFİ klubunu çalışdıran italyan mütəхəssis özü də Azərbaycanda çalışmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, maliyyə хərclərini azaldan "Xəzər Lənkəran" rəhbərliyi baş məşqçi Oğuz Çətin və aparıcı futbolçularla yollarını ayırıb. Mövsümün sonunadək Elbrus Məmmədova tapşırılan komandaya yeni futbolçu və baş məşqçinin gəlişi gözlənilmir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR