Xbox Live-ın "ata"sı getdi

Xbox Live-ın "ata"sı getdi
20:17 30 Dekabr 2014
113 Digər
Ölkə mətbuatı
A- A+

Xbox Live oyun xidmətinin yaradıcısı Boyd Malterer Microsoft şirkətini tərk edir. Top-menecer bu haqda öz Twitter bloqunda yazıb. "Əlvida, Microsoft! Xbox üzərində işləmək çox gözəl idi. Yeni işlə məşğul olmaq vaxtı çatıb", – Malterer yazıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Malterer Microsoft korporasiyasında 17 il işləyib. O, 2000-ci ilin əvvəllərindən Xbox Live onlayn-xidmətinin hazırlanmasına və işə salınmasına rəhbərlik edib. Bundan sonra Malterer Xbox oyun konsollarının hazırlanması bölməsinə rəhbərlik edib.
 
Microsoft korporasiyası dünyanın ən böyük proqram təminatı istehsalçısıdır. Şirkətin məhsullar portfelinə Windows əməliyyat sistemi, Microsoft Office proqramı, Skype proqramı, Bing axtarış sistemi, həmçinin Xbox oyun konsolları daxildir. 2014-cü ilin üçüncü rübündə Microsoft-un xalis mənfəəti 4,54 milyard dollar, mədaxili 23,2 milyard dollar təşkil edib. NASDAQ birjasında şirkətin kapitallaşması 391,12 milyard dollar olub.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR