ABŞ terrorçuların liderlərindən birini öldürdü

ABŞ terrorçuların liderlərindən birini öldürdü
20:51 30 Dekabr 2014
93 Dünya
Ölkə mətbuatı
A- A+

"Aş-Şabab" terrorçu qruplaşmasının kəşfiyyat başçısı ABŞ-ın aviazərbələri nəticəsində məhv edilib.

ANS PRESS-in məlumatına görə, bu haqda Somali hökumətinə istinadən Agence France-Presse xəbər verib.

"Somalinin və ABŞ-ın milli təhlükəsizlik agentlikləri tərəfindən keçirilmiş birgə əməliyyatın gedişatında "Aş-Şabab" kəşfiyyatının başçısı Abdişakur məhv edilib, o həmçinin Taxlil adı ilə də məşhur idi", - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl bildirilirdi ki, Somalidə ABŞ-ın aviazərbələri nəticəsində "Aş-Şabab" terrorçu qruplaşmasının ali liderlərindən biri öldürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317223

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR