Teleaparıcı Zaur şeirlərini kimə yazır? - FOTO

Teleaparıcı Zaur şeirlərini kimə yazır? - FOTO
20:52 30 Dekabr 2014
245 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az show.az-a istinadən bildirir ki, çoxdandır efirlərdə görünməyən məşhur aparıcı Zaur Nəbioğlu maraqlı açıqlama verib. Yeni ilin qədəm qoymasına sayılı günlər qalmış aparıcı sevənlərini sevindirmək qərarına gəlib. Bir neçə aydır başqa sahədə çalışan və o sahə barədə hələ ki, ətraflı məlumat vermək istəməyən Zaur sözügedən məsələ barədə gələn ilin mart aylarında acıqlama verəcəyini bildirib:

"Dediyim kimi, başım o işlərə qarışıq olduğundan, bəzi reallaşdırmaq istədiyim planlarımı təxirə salmışdım. Bu aylar ərzində çox suallar oldu, heç birinə aydınlıq gətirmədim, indi isə vaxtı gəlib və bir neçəsinə özüm cavab vermək istəyirəm. Son zamanlar “İnstagram”,”Facebook” sosial şəbəkələrində şeirlər və fərqli yazılar paylaşıram. O paylaşımları görənlər sosial şəbəkədə, telefon zənglərində, həm də görəndə, mənə ən çox iki sual verirlər:

“Zaur, özün yazmısan? Kimə ünvanlıdır?”

Xatırladım ki, yazıların 90 faizi sevgiyə aiddir. Nəhayət ki, bu gün suallardan birinə cavab verirəm, bəli bu yazdıqlarım mənə aiddir. Kimə ünvanlandığını isə hələ ki sual olaraq saxlayıram. Çünki o sualın tam açıqlamasını özüm də bilməliyəm".

Qarşıdan gələn planlar barədə də danışan aparıcı maraqlı açıqlama verib və fürsətdən istifadə edib, hər kəsi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib:

“2014-cü il yaddaşımda həm xoş, həm də xoş olmayan anlarla qaldı. Bu il uğurlu çəkilişlər etdim, televiziya aparıcılığıma bir az ara verdim. Ən əsası isə, bu il dayı oldum. 2015-ci ildən isə ancaq və ancaq xoş günlər gözləyirəm”, - deyən Zaur yeni ilin ilk aylarında çox fərqli və böyük formatlı layihə ilə televiziyaya qayıdacağını bildirib. Bundan əlavə olaraq, yaxın günlərdə həmin verilişin videoanonsunun yayımlanacağını və möhtəşəm layihəyə start veriləcəyini bildirib.

“Fürsətdən istifadə edib, bu layihəmin gerçəkləşməsində mənə güvənən, dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. 2015-ci ilin ilk günlərində isə bu barədə media nümayəndələrinə geniş açıqlama verəcəm”.

Z.Nəbioğlu onu da qeyd edib ki, Yeni ili iş başında qarşılayacaq. O, Azərbaycanın dilbər güşəsi olan Şamaxıda yerləşən möhtəşəm otellərdən birində təşkil olunmuş Yeni il gecəsinin aparıcılığını edəcək:

“31 dekabr Türkiyənin məşhur müğənnisi Gökçe, 1 yanvar isə
bir çoxlarının sevdiyi Gülşənin çıxış edəcəyi gecəni mənə həvalə ediblər”.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.






Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/316830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR