Bakıda yaşayış binasında yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda beşmərtəbəli binada baş verib. Nəticədə, binanın şaxtasından keçən kabel 2 p.m yanıb. Məlumata görə, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.