İraq ordusu Düluyyə şəhərini İŞİD silahlılarından azad edib

20:57 30 Dekabr 2014
46 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 20:46 ]

Bakı-APA. İraq ordusu Düluyyə şəhərini İŞİD terror qruplaşmasının silahlılarından azad edib. APA-nın  verdiyi xəbərə görə, bu barədə “BBC”-yə ölkənin təhlükəsizlik orqanlarındakı mənbə bildirib.  

 

Məlumata görə, şəhər uğrunda gedə qızğın döyüşlər zamanı 300-dək silahlı məhv edilib.

 

Qeyd edək ki, İŞİD iyulda şəhərin şimal hissəsini nəzarətə alıb, bir müddət sonra isə cənub hissəsini mühasirəyə alaraq yaşayış məntəqəsini tam zəbt edib.     


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR