İranda erməni futbolçu aləmi bir-birinə vurdu

İranda erməni futbolçu aləmi bir-birinə vurdu
21:01 30 Dekabr 2014
159 İdman
Ölkə mətbuatı
A- A+

Təbrizin "Traktorsazi" klubunun İran vətəndaşı olan erməni əsilli Andranik Teymuryanla müqavilə bağlaması ölkəmizdə də çoxlu azarkeşi olan kluba etirazlara səbəb olub.

"Qurdlar"ın sosial şəbəkələrdəki səhifələrinin bir çoxunda erməni oyunçunun kluba gətirilməsi pislənib. Bəziləri hətta bundan sonra kluba azarkeşlik etməyəcəklərini də bildiriblər. Bu transfer ciddi müzakirələrə və qızğın polemikalara səbəb olub.

Bu hadisələrdən sonra Təbriz klubunun fanat səhifələri azarkeşlərə müraciət edərək Andranikin kluba transferinin fars rejimi tərəfindən atılan məqsədli addım olduğunu və bununla "Traktorsazi"nin millətçi azarkeşlərinin klubdan soyutmaq istədiklərini deyiblər.

"Traktorsazi"nin fanatlarının klubun oyunlarında Teymuryana tribunalardan təzyiq edəcəyi də söylənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=317228

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR