Üç pələngi yemiş sahibkara 13 il həbs cəzası verildi

Üç pələngi yemiş sahibkara 13 il həbs cəzası verildi
21:04 30 Dekabr 2014
85 Dünya
Ölkə mətbuatı
A- A+

Çində üç pələngi yemiş sahibkar  13 il azadlıqdan məhrum olundu. Lent.az-ın “Sinhua”-ya istinadən verdiyi xəbərə görə, Çində tikinti şirkətinin sahibi olan Süy adlı sahibkarın qeyri-adi hobbisi olub. Belə ki, o mütəmadi pələng əldə edərək, ətini qovuraraq yeyib, qanını isə alkoqollu içkilərlə qataraq içirmiş.     

 

Məlumata görə, Süy 3 pələngi Leyçjou adasında 213 min dollara əldə edib. Onun yoldaşlarından biri hətta pələnglərin öldürülməsi səhnəsini kameraya lentdə alıb.  

 

Məhkəmənin qərarına əsasən, Süy 13 il azadlıqdan məhrum olunub, ona, həmçinin, 329,5 min dollar məbləğində cərimə kəsilib.

 

Olayın digər 14 iştirakçısına 5-6,5 il həbs cəzası verilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR