Baş nazirin oğlu güllə ilə vuruldu

Baş nazirin oğlu güllə ilə vuruldu
21:21 30 Dekabr 2014
95 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu hərbi xidmət zamanı yaralanıb.

ANS PRESS-in məlumatına görə, baş nazirin oğlu Avner Netanyahu təlim zamanı güllə yarası alıb.

İsrail Ordusunun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, yüngül güllə yarası alan Avner Netanyahuya ilk tibbi yardım göstərilib. Onun sağlamlığında ciddi problem yoxdur.

Avnerin hərbi xidmətə davam edib-etməyəcəyi ilə bağlı hələlik heç bir açıqlama verilmir. İsrail mətbuatında yayılan bəzi xəbərlərə görə, A.Netanyahu xəstəxanaada müalicə aldıqdan sonra evə gedib.

A.Netanyahunun hansı şəraitdə yaralandığı açıqlanmır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317204

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR