Apple Avropada ödəmə sistemini işə salacaq

Apple Avropada ödəmə sistemini işə salacaq
21:22 30 Dekabr 2014
120 Digər
Ölkə mətbuatı
A- A+

The Telegraph qəzeti yazır ki, Apple şirkəti artıq 2015-ci ilin birinci yarısında Avropada Apple Pay ödəmə sistemini işə salmağa hazırlaşır. Hazırda alma şirkəti Böyük Britaniya bankları ilə danışıqlar aparır.
 
Sentyabrın əvvəlində elan edilmiş Apple Pay mobil ödəmə sistemi oktyabrın 20-dən etibarən yalnız ABŞ-da işləməyə başlayıb. Qeyri-rəsmi məlumatlara görə, xidmət Avstraliya və Kanadanın bəzi mağazalarında da əlçatandır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, The Telegraph nəşrinin məlumatına görə, Britaniyanın aparıcı bankları Apple Pay xidmətinin ölkənin böyük ticarət şəbəkələrində işə salınması ilə əlaqədar ABŞ şirkəti ilə danışıqlar aparır. Apple ilə əməkdaşlıq etməyi planlaşdıran bankların adı isə açıqlanmır.
ITG analitik şirkətinin məlumatına görə, noyabrın 1-də bütün elektron ödənişlərin 1 faizi Apple Pay ödəmə sisteminin payına düşüb. Google Wallet xidmətinin payı 4 faiz təşkil edib, ancaq bu xidmət 2011-ci ildən əlçatandır.
 
Apple Pay ödəmə sistemi iki üsulla işləyir: ya smartfonu ticarət nöqtələrində xüsusi terminala yaxınlaşdırmaqla NFC texnologiyasının köməyi ilə, ya da Apple Pay elektron pul cüzdanının tətbiqi vasitəsilə alış-veriş etmək mümkündür. Birinci seçim yalnız iPhone 6 və ya iPhone 6 Plus sahibləri üçün əlçatandır, elektron pul cüzdanı isə iPad Air 2 və iPad mini 3 planşetlərində işləyir.
 
Touch ID barmaq izinin skanerinin köməyi ilə ödənişlər avtorizasiya olunur. Şirkət 100 dollara 15 sent, ya da alış məbləğinin 0.15 faizi dəyərində komissiya haqqı tutur.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/316757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR