İŞİD-ə ağır zərbə: 300 ölü

İŞİD-ə ağır zərbə: 300 ölü
21:26 30 Dekabr 2014
104 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD qruplaşması İraqda ağır məğlubiyyət alıb.

ANS PRESS-in məlumatına görə, İraq ordusunun başladığı geniş miqyaslı hücum nəticəsində Düluyyə şəhəri terrorçulardan azad edilib. Terror qruplaşmasının 300-dən çox üzvü hücum zamanı öldürülüb.

İraq ordusunun hücumuna ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri havadan dəstək verib.

Qeyd edək ki, İraq ordusu İŞİD-in işğal etdiyi şəhərləri geri almaq üçün uzun müddətli hücum hazırlığına başladığını bəyan etmişdi. Bu məqsədlə ABŞ və Küveyt İraq ordusuna 361 tank verəcəyini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR