İŞİD-ə ağır zərbə: 300 ölü!

İŞİD-ə ağır zərbə: 300 ölü!
21:47 30 Dekabr 2014
70 Dünya
Ölkə mətbuatı
A- A+

İraq ordusu hücum edərək bir şəhəri terrorçulardan geri alıb
İŞİD qruplaşması İraqda ağır məğlubiyyət alıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, İraq ordusunun başladığı geniş miqyaslı hücum nəticəsində Düluyyə şəhəri terrorçulardan azad edilib. Terror qruplaşmasının 300-dən çox üzvü hücum zamanı öldürülüb.

İraq ordusunun hücumuna ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri havadan dəstək verib.

Qeyd edək ki, İraq ordusu İŞİD-in işğal etdiyi şəhərləri geri almaq üçün uzun müddətli hücum hazırlığına başladığını bəyan etmişdi. Bu məqsədlə ABŞ və Küveyt İraq ordusuna 361 tank verəcəyini bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR