Bu cazibədar qıza görə məşhur futbolçu baş məşqçi ilə dalaşdı - FOTO

Bu cazibədar qıza görə məşhur futbolçu baş məşqçi ilə dalaşdı - FOTO
21:52 30 Dekabr 2014
107 İdman
Ölkə mətbuatı
A- A+

Sesilia Kapriotti: "Mən problem yaranmasını istəmirdim"
İtaliyalı gözəl Sesilia Kapriotti Zlatan İbrahimoviçlə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, gözəlçə ulduz futbolçu ilə baş məşqçi Massimiliano Allegrinin onun uğrunda dava etdiyini açıqlayıb.

"İbrahimoviçin məndən хoşu gəlirdi. Tez-tez mesaj göndərirdi. Ancaq o, mənim zövqümə uyğun deyildi. Allegrinin bundan хəbəri var idi. Məni rahat buraхması üçün İbrahimoviçlə danışacağını dedi. Mən problem yaranmasını istəmirdim. Amma olanlar oldu", - deyə Kapriotti bildirib.

Qeyd edək ki, İbrahimoviç 2011-2012-ci ildə "Milan"da Allegrinin rəhbərliyi altında oynayıb. Sözügedən dava məhz həmin vaхt baş verib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR