Girov Şahbazın qardaşından təsirli sözlər (VİDEO)

Girov Şahbazın qardaşından təsirli sözlər (VİDEO)
22:41 30 Dekabr 2014
179 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan hakimiyyətinin azərbaycanlı girovlar üzərində qurduğu məhkəmə şousunun davamı var. Bu gün soydaşlarımızı Şuşa həbsxanasına yerləşdiriliblər. Azərbaycan dövləti onsuz da girovlarımızı azad edəcək. Bunun üçün dövriyyədə beynəlxalq təşkilatlar var.

ANS TV-nin məlumatına görə, saxta məhkəmənin qərarı ilə ömürlük cəza almış Dilqəm Əsgərov və 22 azadlıqdan məhrum edilmiş Şahbaz Quliyev bu gün Şuşadakı həbsxanaya köçürülüblər. Kəlbəcərdən olan girovları dəmir barmaqlıqlar arxasına maskalı şəxslərin apardığı barədə Ermənistan kütləvi informasiya vasitələrində məlumatlar yayılıb. Yaxınlarının məzarını ziyarət etmək istəyən Dilqəm və Şahbazı ermənilər ata-baba torpaqlarına getdiyi üçün cəzalandırır.

Girovlarımızın ailələri isə qondarma məhkəmənin Dilqəm Əsgərov və Şahbaz Quliyeva verilən saxta hökmlə razılaşmır. Bu ədalətsiziliyə son qoymaq üçün beynəlxalq təşkiatlara müraciət edəcəklərini deyirlər. Baxmayaraq ki, girovlarımızın yaxınları insan haqlarının ümum bəşər dəyər olduğunu əsas tutan beynəlxalq təşkilatlarının məsələyə biganəliyindən narazıdırlar. Buna rəğmən onlar mübarizələrini davam etdirəcəklərini söyləyirlər.

“6 aydır ki, onlar orada girovluqdadır. Bu müddət ərzində onlar 60 kilo çəki itriblər. Hələ 22 il ərzində onlarda nə qalacağı isə bilinmir. Həmçinin onların sonrakı talehi ilə bağlı məlumat yoxdur, ehtimal edirəm də olmayacaq”, - deyə Şahbazın qardaşı Manaf Quliyev bildirib.

Girovlarımızın yaxınları Azərbaycan hökumətinin girovlara qondarma Dağlıq Qarabağ respublikasının qurama məhkəmə qərarından beynəlxalq məhkəməyə müraciət etməsini istəyirlər. Hökumətin isə bu məsələdə bir sıra çətinlikləri var. Hüquqşunaslar deyir ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Konvensiyasını imzalamayıb və ona qoşulmayıb.

Belə olan halda bu beynəlxalq məhkəmə orqanının Ermənistana təzyiq göstərmək imkanı yoxdur. Digər bir səbəb isə odur ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinə qondarma Dağlıq Qarabağ respublikasında qurulan məhkəmə şousu ilə bağlı şikayət etməsi dolayısı ilə həmin "məhkəmə"nin tanınması deməkdir. Buna görə də hazırda hüquqşunaslar beynəlxalq təşkilatlara müraciətin məqbul variantları üzərində işləyirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR