Azərbaycanda hansı axtarış sistemi populyardır? - REYTİNQ

Azərbaycanda hansı axtarış sistemi populyardır? - REYTİNQ
22:42 30 Dekabr 2014
106 Digər
Ölkə mətbuatı
A- A+

Global Stats analitik şirkətinin təhlillərinə əsasən məlum olub ki, Azərbaycanda ən populyar axtarış sistemi hazırda 63,9 faiz bazar payına malik olan Google.az-dır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ikinci yeri bazar payı 12,57 faiz təşkil edən Google.com, üçüncü yeri isə 5,36 faiz bazar payı ilə Google.ru tutur.
 
İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca 4,64 faizlə Yandex.ru mövqelərini möhkəmləndirib. Sonrakı yerləri 4,02 faizlə Bing və 1,4 faizlə Mail.ru bölüşdürüb.
 
Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer Chrome olub. Belə ki, onun bazar payı 53,31 faiz təşkil edib. Brauzerlər bazarında ikinci yeri 11,89 faizlə Opera, üçüncü yeri 10,23 faiz ilə Android tutub, onların ardınca 9,54 faizlə iPhone və 3,21 faizlə Firefox brauzerlərini qeyd etmək olar. 
 
Əməliyyat sistemləri üzrə araşdırmalar zamanı bəlli olub ki, ölkəmizdə ən çox istifadə olunan əməliyyat sistemi (ƏS) Windows-dur. Hazırda Azərbaycanda Windows 7 ƏS-in bazar payı 36,7 faiz təşkil edir.
 
İkinci yeri 29,43 faizlə Android ƏS, üçüncü yeri bazar payı 13,22 faiz təşkil edən iOS ƏS tutur. Sonrakı yerlərdə 7,12 faizlə Windows XP, 3,51 faizlə Windows 8 və 2,77 faizlə Windows 8.1 əməliyyat sistemləri bərqərar olub. 
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/316759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR