Hollandiyada Azərbaycanın Ermənistan tərəfindən məruz qaldığı soyqırımları əks etdirən foto sərgilərə start verilib - FOTOSESSİYA

Hollandiyada Azərbaycanın Ermənistan tərəfindən məruz qaldığı soyqırımları əks etdirən foto sərgilərə start verilib - FOTOSESSİYA
22:52 30 Dekabr 2014
758 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 22:42 ]

Bakı. Mübariz Aslanov – APA. Hollandiyanın Aalten şəhərində Ermənistanın Azərbaycana təсavüzü nətiəsində törədilən Xocalı soyqırımı ilə bağlı sərgilər təşkil olunub.

Sərgilərin təşkilatçısı olan Azərbaycan – Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın APA - ya bildirib ki, foto sərgilərdə 1992-ci ildə Xocalıda və Azərbaycanın digər işğal olunmuş ərazilərində müxtəlif şəxslər tərəfindən çəkilmiş fotolarda ermənilərin törətdikləri soyqırımlar, vəhşiliklər, işgəncələr əks olunub.

 

Sərgilərdə nümayiş olunan 125 fotoda azərbaycanlıların ermənilər tərəfindən məruz qaldığı vəhşiliklər geniş əks olunub. İ. Aşkın bildirib ki, sərgi çoxlu sayda tamaşaçılar tərəfindən ziyarət olunub və nümayiş olunan fotolar ziyarətçilərdə dərin təəssürat oyadıb. İ. Aşkın onu da bildirib ki, bu kimi sərgilər digər şəhərlərdə də təşkil olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR