Araq şüşəsinə əl vuran adam nə etməlidir?

Araq şüşəsinə əl vuran adam nə etməlidir?
23:05 30 Dekabr 2014
139 Sosial
Ölkə mətbuatı
A- A+

Araq şüşəsinə əl vuran adam nə etməlidir? Dəstəmaz və ya qüsl almaq lazımdırmı? 
Milli.Az islam.az-a istinadən bildirir ki, araq (o cümlədən, bütün spirtli içkilər) islam şəriətinə görə murdar sayılır, dəydiyi hər yer pak olunmalıdır. Amma murdarlıq şüşənin içindən çölə keçməz. Əgər araq şüşəsinin çölü arağa bulaşmayıbsa, ona əl vuranda əl murdar olmaz. Yox, əgər şüşənin kənarına araq bulaşıbsa, nəm olduğu halda toxunanda murdarlıq ələ də keçər.

Bu zaman dəstəmaz ya qüsl almağa ehtiyac yoxdur, sadəcə bulaşan yer yuyulub pak edilməlidir. Bəzən araq içilmiş stəkanı da əllə yuyub pak etmək lazım olur. Bu zaman murdarlığın özü (yəni araq) yuyulduqdan sonra stəkanı suya çəkib pak etdikdə əl də onunla birlikdə pak olunmuş sayılır.
 
Milli.Az
 
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR