“Canqmi” Filippini dağıdır (VİDEO)

“Canqmi” Filippini dağıdır (VİDEO)
23:11 30 Dekabr 2014
117 Dünya
Ölkə mətbuatı
A- A+

Filippində müşahidə olunan “Canqmi” tropik qasırğası daşqınlara səbəb olub. Əsasən, Mindanao adası təbii fəlakətdən əziyyət çəkib.

ANS TV-nin məlumatına görə, bir neçə bölgədə qəfildən gələn sel, eyni zamanda, torpaq sürüşmələri 31 nəfərin ölümünə, 7 nəfərin itkin düşməsinə səbəb olub. Sel suları bir neçə regionu təcrid edib.

Xilasedicilər ekskavatorla insanları xilas ediblər. Sürəti saatda 140 kilometrə çatan şiddətli küləklər çoxsaylı dağıntılar törədib. Meteoroloqlar qasırğanın hazırda qərb sahillərinə doğru irəlilədiyini bildiriblər. Hələlik qasırğanın dağıdıcı gücü də azalmayıb.

Xatırladaq ki, 2013-cü ildə Filippində baş vermiş “Hayyan” qasırğası nəticəsində 6340 nəfər ölmüşdü.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR