Moskvada icazəsiz aksiya keçirilib, 170-dən çox etirazçı saxlanılıb

Moskvada icazəsiz aksiya keçirilib, 170-dən çox etirazçı saxlanılıb
23:12 30 Dekabr 2014
88 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 22:51 ]

Bakı-APA. Rusiyada 3,5 il şərti olaraq həbs cəzası alan və ev dustaqlığına məhkum edilən tatınmış müxalifətçisi Aleksey Navalnı barəsində çıxarılan hökmə etiraz olaraq Moskvada etiraz aksiyası keçirilib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Moskvanın mərkəzindəki Manej meydanında təşkil olunan aksiyaya 1500-dək etirazçı toplaşıb. “OMON” əməkdaşları etirazçıları meydandan sıxışdırıb. Məlumata görə, aksiyanı dağıdılarkən 170-dən çox etirazçı saxlanılıb.      

 

Məlumata görə,  barəsində bu gün məhkəmə hökmü elan edilən Aleksey Navalnı ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozaraq aksiyada iştirak etmək üçün şəhərin mərkəzinə yollanıb. Lakin o şəhərin mərkəzində saxlanılaraq evinə qaytarılıb.    

 

Qeyd edək ki, bu gün keçirilmiş məhkəmə iclasında həmçinin Aleksey Navalnının qardaşı Oleq Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edilib.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR