Moskvada ara qarışdı: 170 etirazçı saxlanıldı

Moskvada ara qarışdı: 170 etirazçı saxlanıldı
23:24 30 Dekabr 2014
91 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı-APA. Rusiyada 3,5 il şərti olaraq həbs cəzası alan və ev dustaqlığına məhkum edilən  tatınmış müxalifətçisi Aleksey Navalnı barəsində çıxarılan hökmə etiraz olaraq Moskvada etiraz aksiyası keçirilib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Moskvanın mərkəzindəki Manej meydanında təşkil olunan aksiyaya 1500-dək etirazçı toplaşıb. “OMON” əməkdaşları etirazçıları meydandan sıxışdırıb. Məlumata görə, aksiyanı dağıdılarkən 170-dən çox etirazçı saxlanılıb.      

 

Məlumata görə,  barəsində bu gün məhkəmə hökmü elan edilən Aleksey Navalnı ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozaraq aksiyada iştirak etmək üçün şəhərin mərkəzinə yollanıb. Lakin o şəhərin mərkəzində saxlanılaraq evinə qaytarılıb.    

 

Qeyd edək ki, bu gün keçirilmiş məhkəmə iclasında həmçinin Aleksey Navalnının qardaşı Oleq Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edilib.  

 

Onlar “İv Roşe Vostok” şirkətindən dələduzluq yolu ilə 26,7 mln rubl və “Çoxprofilli Prosessinq Şirkəti”ndən 4,4 mln rubl mənimsəməkdə təqsirli biliniblər.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR