Bakı sakinlərinə bir gün də şans verildi (VİDEO)

Bakı sakinlərinə bir gün də şans verildi (VİDEO)
23:26 30 Dekabr 2014
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Bayramla əlaqədar Yeni il yarmarkaları sakinlərin xidmətindədir. 5 gün davam edəcək yarmarka bu ayın 27-si start götürüb. Bəs təklif olunan məhsulların keyfiyyəti necədir?

ANS TV-nin məlumatına görə, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü ilə əlaqədar olaraq ayın 27-dən başlayaraq Bakıda Yeni il ərəfəsində satış yarmarkaları təşkil olunub. Məqsəd əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılmasıdır. Həmçinin süni qiymət artımının qarşısının alınması məqsədilə 27-31 dekabr 2014-cü il tarixlərində, fasiləsiz olaraq 5 gün müddətində nazirlik tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Yarmarkalar paytaxtın Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbail, Suraxanı və Binəqədi rayonlarında təşkil olunacaq. Yarmarkaların mütəşşəkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub. Və orada satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcək.

“Kənd Təsərrüfatı Nazirliyi olaraq biz çalışırıq ki, hər bir insan bayram vaxtı yarmarkaya üz tutarkən bayram sürfəsi üçün lazım olan kənd təsərrüfatı və ərzaq məhsullarının əldə edə bilsin. Belə ki, yarmarkaya kənd təsərrüfatı məhsulları ilə yanaşı ərzaq – qənadı məhsulları, meyvə şirələri və s. çıxarılacaq” – deyə kənd təsərrüfatı nazirliyinin rəsmisi Murtuzəli Hacıyev bildirib.

Yarmarka sabah da davam edəcək. Həmçinin satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların baytarlıq nəzarətindən keçirilməsi və müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR