Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var

23:27 30 Dekabr 2014
49 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 23:23 ]

Xaçmaz. Vəli Turan – APA. Dekabrın 30-u axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xaçmaz-Quba yolunun 17-ci km-də qeydə alınıb.  İki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində hər iki maşının sürücüsü müxtəlif dərəcəli xəsarət alıb. Sürücülər – 1992-ci il təvəllüdlü Vəliməmmədov Şahin David oğlu və Quba rayon sakini 1971-ci il təvəllüdlü Xudadiyev Bahadur Seyfəl oğlu xəsarət alıb. Hər iki şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Ilkin versiya kimi hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR