Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gənc istedadlarla görüşüb

23:32 30 Dekabr 2014
77 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 30-da bir qrup gənc rəssam, uşaq evləri və internat məktəbləri nəzdində fəaliyyət göstərən yaradıcı qrupların üzvləri ilə görüşüb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, "Baku" kafesində keçirilən görüşdə Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən həyata keçirilən layihələrdə və müsabiqələrdə iştirak edən və qalib olan Azərbaycan Respublikası Rəssamlıq Akademiyasının tələbələri, Bakı şəhərindəki uşaq evləri və internat məktəblərinin şagirdləri iştirak ediblər.

Görüşdə gənc istedadlarla həyata keçirilmiş layihələr müzakirə edilib. Bildirilib ki, fəaliyyəti çərçivəsində yaradıcı gənclərə daim dəstək göstərən Heydər Əliyev Fondu, eləcə də IDEA tərəfindən 2015-ci ildə də bir sıra yeni layihələr nəzərdə tutulur. Bu layihələr gəncləri bir arada birləşdirməklə yanaşı, onların istedadlarının inkişafına yeni təkan verəcək.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR