Bu vətəndaşlar and içəcək (VİDEO)

Bu vətəndaşlar and içəcək (VİDEO)
23:36 30 Dekabr 2014
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan parlamenti 2014-cü il üçün sonuncu dəfə toplaşmışdı. Millət vəkillərimiz bir çox məsələlərə aydınlıq gətiriblər. Onlar parlamentdə müzakirə aparan zaman Milli Məclisin çölündə onlara səslənənlər də var idi.

ANS TV-nin məlumatına görə, Azərbaycan vətəndaşlığını qəbul edən şəxslər and içəcəklər. Qanuna edilən dəyişikliyə əsasən yeni Azərbaycan vətəndaşlığı qəbul edən və vətəndaşlığını bərpa edən şəxslər Azərbaycanın bayrağı önündə onun konstitusiyasına, qanunlarına ərazi bütövlyünə, suverenliyinə və adət-ənənələrinə sadiq qalacağına and içməlidirlər.

Andın mətninin adət-ənənələrlə bağlı hissəsi millət vəkillərinin mübahisəsinə səbəb oldu.

Millət vəkili Fazil Mustafa: “Respublikanın qanunu olur və o qanuna əməl edirəm. Əlavə respublikanın hansı adət-ənənəsi var ki, o adət-ənənə bir bölgədə keçərlidir, digər bir bölgədə isə keçərli deyil. Deyək ki, bunu insanlar eyni qaydada qəbuk etmirlər. Mən niyə ona and içməliyəm ki, əgər ona axıra qədər əməl edəcəyəm?”.

Millət vəkili Zahid Oruc isə Bakıda yaşayan 30 min erməniyə diqqət çəkərək təklif etdi ki, onlar da bir vətəndaş kimi proseslərə, o cümlədən girovlarımızın azad edilməsinə çağırış etməlidirlər. Yeri gəlmişkən, Dağlıq Qarabağ problemindən söz açan bəzi millət vəkilləri məktəblərdə hərbi dərslərin keyfiyyətinin artırılmasına diqqət çəkdilər.

Deputat Qənirə Paşayeva şagirdlərin orduya vətənpərvər ruhda, silahla davranış biliklərinə malik halda gəlməsi üçün iş görülməsini vacib saydı. Magistrların hərbi xidmətə çağırışdan möhlət hüququ verliməsi də müzakirə edildi. Elm haqqında qanunda bu məsələnin həllini tapacağı gözlənilir. Millət vəkili Siyavuş Novruzov isə əksinə orduya elə təhsilli, savadlı gənclərin lazım olduğunu vurğuladı. Əlillərə dövlət və özəl müəssisələrdə vakant işləri üçün ayrılan 3 faizlik kvotanın artırılması da təkliflər sırasında idi.

Milli Məclisin bu ilə olan son iclasında Vergi məcəlləsinə edilən dəyişikliyə əsasən avtomobil sahibləri yol vergisindən azad edilib, Azərbaycanda istehsal olunaraq daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.

“Avtomobil benzininə, dizel yanacağına və maye qazanın hər litirinin topdansatış qiymətinə və idxal olunan həmın malları gömrük dəyərinə 2 qəpik əlavə edilməklə hesablanması nəzərdə tutulmuşdu” - deyə qtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Millət vəkilləri bu dəyişikliyin üzərindən sükutla keçdilər. Ekspertlərin fikrincə, bu dəyişiklik benzinin hər litrinin istehsalının maya dəyərini 2 qəpik artıracaq. Məqsəd ölkənin yanacaq istehsalçısı Dövlət Neft Şirkətindən büdcəyə daxilolmaların səviyyəsini artırmaqdır. Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti dövlət tərəfindən tənzimləndiyindən parakəndə satışda, hətta cüzi qiymət dəyişikliyi ilə bağlı qərarı yalnız Tarif Şurası verə bilər. Eyni zamanda “Premium” markalı benzinin qiyməti sərbəst olduğundan və bazar tərəfindən tənzimləndiyindən bu markalı yanacaqda qiymətin dəyişməsi istisna edilmir.

Parlamentarilərin müzakirəsi zamanı bir qrup şəhid ailələri və Qarabağ əlilləri Milli Məclisin qarşısına toplaşıb, övladlarının ölümünə görə onlara ayrılan sığorta pullarını bir neçə ildir ki, ala bilməmələrindən şikayətlənirdilər. Şəhidə görə qan pulunu istəyən valideyinlər birinci dəfə deyildi ki, bura gəlirdilər. Bundan əvvəl dəfələrlə onlara söz verilib ki, tezliklə işə baxılacaq və pullar ödəniləcək. Lakin hələlik verilən sözə əməl edilmir. Haqlarını tələb edənlər millət vəkilləri ilə görüşməyə cəhd ediblər. Cavab da alıblar ki, fevralın birinədək dözün. Millət vəkili Fazil Musafa da parlamentdəki çıxışında bu gün demişdi ki, şəhid ailələri qan pulunu ala bilmədiklərinə görə Milli Məclisi təqsirləndirirlər. Biz parlament olaraq üzərimizə düşən vəzifəni yerinə yetirmişik. Parlament qanun qəbul edib, onun icrasını isə aidiyyatı orqanlar həyata keçirməlidir.

Hər halda prosesi sonadək izləyəcəyik.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR