Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var

Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var
23:37 30 Dekabr 2014
63 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 30-u axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Xaçmaz-Quba yolunun 17-ci km-də qeydə alınıb. İki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində hər iki maşının sürücüsü müxtəlif dərəcəli xəsarət alıb. Sürücülər - 1992-ci il təvəllüdlü Vəliməmmədov Şahin David oğlu və Quba rayon sakini 1971-ci il təvəllüdlü Xudadiyev Bahadur Seyfəl oğlu xəsarət alıb. Hər iki şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin versiya kimi hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/316840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR