Azərbaycanda qadını maşın vurub

23:52 30 Dekabr 2014
65 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 30-u Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Xaçmaz rayon sakini Şıxıyev Ağası Dünyamalı oğlu idarə etdiyi 90 ED 928 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomaşınla yolu keçmək istəyən piyada 1974-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Bayramova Həcər Rəcəb qızını vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/316842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR