Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur
00:05 31 Dekabr 2014
149 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az Trend-e istinaden xeber verir ki, 31 dekabr Dunya Azerbaycanlilarinin Hemreyliyi Gunu kimi qeyd olunur.

Bu gun dunyada 50 milyondan cox azerbaycanli yasayir.

Azerbaycanlilar minillikler boyu ozlerinin tarixi torpagi olan Azerbaycan erazisinde yasayaraq, beser sivilizasiyasina boyuk tohfeler veribler. Muharibeler, inqilablar, herbi munaqiseler, dunyada geden ictimai-siyasi prosesler neticesinde Azerbaycan parcalanib, azerbaycanlilarin bir qismi yurd-yuvalarindan didergin salinib, deportasiyalara meruz qalib, is tapmaq, tehsil almaq meqsedile dogma Veteni terk ederek basqa olkelerde meskunlasiblar. Hazirda dunyanin her yerinde azerbaycanlilar yasayirlar.

Uzun bir dovr Vetende yasayan azerbaycanlilar basqa olkelerde meskunlasmis hemvetenleri ile gorusmek, elaqeler yaratmaq imkanindan mehrum olublar. Kecmis SSRI dovletinin qadagalari qardasin qardasla gorusmeyine imkan vermirdi. Sovet rejiminin zeiflemeye basladigi 1980-ci illerin sonlarinda Azerbaycan xalqi oz hemvetenleri ile elaqeler yaratmaq ucun seylerini artirdi.

Dunya Azerbaycanlilarinin Hemreyliyi Gununun esasi 1989-cu il dekabrin axirlarinda Naxcivanda serhedlerin (SSRI-Iran serhedleri) acilmasi zamani qoyuldu. Simali ve Cenubi Azerbaycan arasindaki serhed direkleri dagidildi. Bu vaxt Istanbulda Turkdilli Xalqlarin Konfransi kecirilirdi. Konfrans dunya azerbaycanlilarinin hemreyliyinin qeyd olunmasina qerar verdi.

1991-ci il dekabrin 16-da Naxcivan Muxtar Respublikasinin Ali Meclisinin sedri Heyder Eliyev dunya azerbaycanlilarinin birliyini yaratmagin ehemiyyetini nezere alaraq, dekabrin 31-ni Dunya Azerbaycanlilarinin Hemreyliyi Gunu elan etdi. Belelikle, 31 dekabr tarixi butun azerbaycanlilar ucun eziz olan Dunya Azerbaycanlilarinin Hemreylik Gunu kimi qeyd edilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR